AzərbaycanİranMəqalələr

Azərbaycanın güneyində fəaliyyət göstərən ziyalılarımız – Cəlil Məmmədquluzadə (1869-1932)

Cəlil Məmmədquluzadə yazıçı, dramaturq, jurnalist və ictimai xadimdir. Böyük satirik, ədib məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir. Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər seminariyasını bitirmiş, 1903-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-rus” qəzeti redaksiyasında işləmişdir.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. 1920-ci ilin iyun ayında yazıçı ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdir. Mirzə Cəlilin Təbriz teatrının inkişafındakı xidmətləri də danılmazdır.

1920-ci ildə Təbrizdə tikilən ilk teatr binası – “Xeyriyyə teatrı”nın səhnəsində 1 may 1921-ci ildə Mirzə Cəlilin “Ölülər” pyesi tamaşaya qoyulmuşdur. Tamaşanın refissoru Mirzə Cəlilin özü idi.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button