Azərbaycanİran

Azərbaycanın “Şəhid Mədəni” Universitetinin öyrənciləri tətilə başlayıb

Güney Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri son günlər İranda baş verən etirazlara dəstək verib. Öyrəncilər hökumətin amansız repressiyaları ilə bağlı bəyanat yayıb, tətil aksiyasına başladıqlarını bildiriblər.

“Xalqın haqlaı etirazlarına qarşı repressiv üsullardan istifadə edərək narazıların həbsinə, öldürülməsinə, öyrəncilərin saxlanılmasına etiraz edirik.

Bir çox universitetin bağlanıldığı bir vaxtda biz “Şəhid Mədəni”in öyrənciləri olaraq dərslərin dayandırılmasına qərar verdik.

Bu, öyrənci dostlarımızın istəklərinə qarşı amansız davranışlara və onların qanunsuz həbsinə etirazdır”,- deyə, bəyanatda bildirilib.

Onlar repressiyaların dayandırılmayacağı, universitetdə və başqa yerlərdə təhlükəsizlik vəziyyətinin ləğv olunmayacağı müddətə qədər tətil edəcəklərini qeyd ediblər.

Bəyanatda azərbaycanlı öyrəncilər müəllimlərə və universitet rəhbərliyinə müraciət edərək onları etirazçı xalqa dəstək verməyə, öyrəncilərlə bir yerdə olmağa çağırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button