Azərbaycanİran

Azərbaycanın “Traktor” klubu Təbrizdə, öz meydanında “Sepahan” rəqibinə 1:0 hesabla qalib qəldi!

Təbrizin Səhənd stadionunda keçirilən "Traktor"-"Sepahan" oyununda Traktor azarkeşləri "Azadlıq, Ədalət, Milli Hökümət" şüarı səsləndiriblər.

Təbrizin Səhənd stadionunda 100.000 nəfərin iştirakı ilə keçirilən “Traktor Azərbaycan” və “Sepahan İsfahan”ın iki komandası arasında keçirilən görüş 1:0 hesabı ilə “Traktor”un xeyrinə başa çatıb.

Bu oyunda Traktor komandasının qolunu Rza Əsədi penaltidən vurub.

Bu oyunun müxtəlif dəqiqələrində Traktor azarkeşləri tərəfindən milli şüarlar səsləndirilib:

• Oyunun 15-ci dəqiqəsində Traktor azarkeşləri tərəfindən “Türk Dilində Mədrəsə olmalıdır hər kəsə” şüarı səsləndirilib. Lakin İran rejiminin radio və televiziyası tamaşaçıların səsinə senzura tətbiq edib.

• Oyunun 21-ci dəqiqəsində “Traktor” komandasının azarkeşləri tərəfindən “Azadlıq, Ədalət, Milli Hökümət”, oyunun 25-ci dəqiqəsində isə qadın hüquqlarına dəstək naminə “Azərbaycan qızları – göyün ulduzları” şüarlar səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button