İran

Azərbaycanlı fəal Əfşar Muhib təhlükəsizlik məmurları tərəfindən dindirilib

Ərdəbilli milli fəal Əfşar Muhib 23 janviə tarixində iş yerindən çıxarkən əmniyət məmurları tərəfindən saxlanılıb. Bu barədə fəalın yaxınları bilgi verib. Onun İttilat bölməsinə aparılaraq bir neçə saat dindirildiyi bəlli olub. Muhib qanunsuz saxlanılmasına etiraz edib.

Bununla bağlı rəsmi bildiriş və icazənin göstərilməsini, saxlanılma səbəbini soruşub. Ancaq fəala heç bir bilgi verilməyib və dindirildikdən sonra sərbəst buraxılıb. Bildirək ki, Azərbaycan şəhərlərində əmniyət məmurları tərəfindən məhkəmə hökmü olmadan fəalların saxlanılması adi hal alıb. Buna etiraz edən fəallar isə fiziki zorakılığa məruz qalır və təhdid edilir.

Related Articles

Bir cavab yazın

Back to top button