Dünyaİran

Amerika və İsrail rəsmiləri İranla bağlı müzakirə aparıblar

Bəhmənin 4-də İsrailin Baş vəziri Benyamin Netanyahu ilə Ağ Evin Milli Güvənlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub. Tərəflər İran və Ərəb Ölkələri ilə İsrail arasındakı İbrahim Barış Anlaşması qonusunda fikir mübadiləsi aparıblar.
Bundan başqa, İsrailin 12-ci kanalı növbəti miladi ayında Mosad rəisi Yosi Kohənin Co Baydenlə görüşəcəyini açıqlayıb. Görüşdə İsrail və Amerikanın difa vəzirliyindən olan məqamların da iştirakı gözlənilir.
Xatırladaq ki, İsrail hökuməti Amerikanın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti dönəmində BƏRCAM anlaşmasına qarşı çıxıb. Buna görə də Amerikanın prezidentinin İranı təhrim etməsi İsrail tərəfindən yaxşı qarşılanıb. Amerikanın yeni prezidenti Co Baydenin fəaliyyətə başlaması isə bu məsələnin yenidən müzakirəsini gündəmə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button