Azərbaycanİran

Azərbaycanlı fəal Əsgər Fuladzadə həbs edilib

Azərbaycanlı fəal Əsgər Fuladzadə həbs edilib. O, səhər saatlarında saxlanılıb.

Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Əsgər Fuladzadə noyabrın 3-u səhər saat 7 radələrində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Onun Təbrizin Heydərabad küçəsində evinin qarşısında həbs edildiyi bildirilir.

Əsgər Fuladzadənin nisə həbs edildiyi və hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Milli-mədəni fəalın bu gün Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırışla bağlı saxlanıldığı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button