İran

Azərbaycanlı fəal Pərisa Rəfii azazdlığa buraxıldı

Güney Azərbaycanın Zanganlı vətəndaşı və Tehran Universitetinin Əməkdaşlar Birliyi fəalı Pərisa Rəfii, İslami Cəza Qanununun 134-cü maddəsi və cürmlərin birləşdirilməsinə əsasən bir il həbs cəzası çəkdikdən sonra azazdlığa buraxıldı.

Pərisa Rəfii, təhlükəsizlik qüvvələri tərəfindən 6 isfən 1396-cı ildə həbs olundu və məhkəmənin sonuna qədər 23 gün sonra vəsiqə müqabilində müvəqqəti azadlığa buraxıldı.
Xanım Rəfii daha sonra Qa:zi Muqeysənin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 28 saylı şöbəsi tərəfindən ümumilikdə 7 il həbs, 74 zərbə şallaq, Bütün partiyalara üzv olmaq və 2 illik ölkədən çıxışı qadağanına məhkum edildi.

1398-ci ilin aban ayında çıxarılan hökm Ali Məhkəmə tərəfindən təsdiqləndi və həmin il azər ayında bir ümumi əfv fərmanından sonra bir il həbs cəzasına məhkum edildi. Xanım Rəfii, nəhayət, 1399-cu il tir aynın 17-də Evin Məhkəməsinin İcraiyə şöbəsinə çağırıldıqdan sonra həbs olundu və cəzasını çəkmək üçün Evin zindanının Qadınlar bölməsinə köçürüldü.
Pərisa Rəfii, 1398-ci ilin ordi:behişt ayında infiradi həbs və xanımların zindanda ruhi – və fiziki işkəncələrinə özəlliklə “bakirəlik testi” kimi basqılara qarşı ikiqat təzyiqlərlə bağlı yazdığı bir məktubdan sonra yenidən ittiham olundu. Onun, yeni pərvəndə ilə bağlı birinci məhkəmədə braət aldığına baxmayaraq, Tehran Təcdidnəzər Məhkəməsi 36 saylı Şöbə tərəfindən 15 ay həbs cəzasına məhküm oldu.

Related Articles

Bir cavab yazın

Back to top button