İran

Azərbaycanlı fəal Səccad Rəsulzadəyə cərimə tətbiq olunub

Qarabağa dəstək mitinqinə qatılan azərbaycanlı fəal Səccad Rəsulzadəyə cərimə tətbiq olunub. Belə ki, Ərdəbilin Xiyav şəhərində yaşayan fəal Cinayət Məhkəməsinin 102 saylı şöbəsi tərəfindən 5 milyon rial məbləğində cərimə edilib.
Məlumata görə, Səccad Rəsulzadə “ictimai rəyi çaşdırmaq üçün yalan bilgilər yaymaq” ittihamı ilə təqsirləndirilib.
Qeyd edək ki, azərbaycanlı fəal II Qarabağ savaşında Azərbaycan Cümhuriyyətinə dəstək verdiyi üçün tutuqlanıb və bir neçə saatlıq dindirmədən sonra Xiyavın 11-ci polis bölməsinə aparılıb.
O, tutuqlandıqdan bir gün sonra isə 30 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button