İran

Azərbaycanlı fəal Sədullah Sasani müvəqqəti azad edilib

Azərbaycanlı milli-mədəni fəal Sədullah Sasani oktobrın 12-də Təbriz Mərkəzi zindanından 100 milyon tümən vəsiqə qarşılığında məhkəmə prosesi başa çatanadək azad edilib. Belə ki, fəal oktobrın 1-də Güney Azərbaycan şəhərlərində Qarabağın azad edilməsinə dəstək yürüşlərinin başlaması ilə ilgili Təbrizdə İranın əmniyət qüvvələri tərəfindən tutuqlanıb.
Məlumatlara görə, Sədullah Sasani “ictimai asayişi pozmaq” və “dövlət məmurlarına qarşı müqavimət göstərmək” ittihamları ilə təqsirləndirilib.
Bildirək ki, milli-mədəni fəal daha əvvəllər də mədəni və irqçilik əleyhinə fəaliyyətlərinə görə bir neçə dəfə tutuqlanıb və həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button