İran

Azərbaycanlı fəal salar Tahir Əfşara 1 il həbs cəzası verilib

Qərbi Azərbaycanın Təcdidenəzər Məhkəməsi Urmuda yaşayan azərbaycanlı mədəni fəal Salar Tahir Əfşarı bir il həbs cəzasına məhkum edib. Bu barədə məhkəmədən fəalın vəkilinə bilgi verilib. Belə ki, Əlipur və Rəcəbinin başçılıq etdiyi məhkəmənin 13 saylı şöbəsi fəala “qanunsuz toplanışlar keçirmək” ittihamından bəraət verib. İslam Cəza Məcəlləsinin 500-cü maddəsinə əsasən “rejimə qarşı təbliğ” ittihamının Tahir Əfşarın pərvəndəsinə uyğun gəldiyi açıqlanıb. Buna görə də ilkin məhkəmənin fəalın barəsində çıxardığı bir illik həbs cəzası saxlanılıb. Bildirək ki, fəal daha öncə bədvi məhkəməsi tərəfindən dörd il həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Salar Tahir Əfşar keçən il culayın 16-a Urmu şəhər İttilaat və Ümumi Əmniyət İdarəsinə çağırılıb. Daha sonra fəal tutuqlanaraq zindana köçürülüb. Culayın 22-də 50 milyon tümənlik vəsiqə qarşılığında azadlığa buraxılıb. Xatırladaq ki, ötən il culayın 17-də müxtəlif şəhərlərdə Qarabağa dəstək və ermənilərin Tovuz şəhərinə hücumunu qınamaq məqsədilə mitinqlər keçirilib. Etirazlara qatılan çox sayda azərbaycanlı fəal tutuqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button