İran

Azərbaycanlı fəal Tehranda tutulub

Tehranda yaşayan azərbaycanlı fəal Əkbər Azad 18 mordad, günü Baharıstan bölgəsinin Dövlət və İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edərkən tutulub.

Belə ki, o, mordadın 12-də pərvəndəsinin Baharıstan Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən Əzna bölgəsinin İcra Şöbəsinə göndərildiyini bildirən SMS mesajını aldıqdan sonra, öncəki vəsiqəsini azad etmək və onu yeni girovla dəyişdirmək üçün məhkəməyə müraciət edib.

Bildirək ki, Əkbər Azad daha öncə milli fəallar Əlirəza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə 2014-cü ilin mars ayında Tehranın cənubundakı Gülüstan bölgəsində “Ümumdünya Ana Dili Günü” mərasiminə qatıldıqlarına görə 2 il həbs və 2 il Əzna bölgəsinə sürgün cəzasına məhkum edilib.

Behnam Şeyxi və Həmid Mənafi həbs cəzasını çəkdikdən sonra bir neçə gün öncə iki il sürgündə yaşamaq üçün Lorestan əyalətinin Əzna şəhərinə göndəriliblər.

Xatırladaq ki, tanınmış azərbaycanlı fəal Əkbər Azad ağır diabet mərizliyindən əziyyət çəkir və dərmalarını da özü ilə götürməsinə icazə verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button