İran

Azərbaycanlı fəallar Ərdəbil divarlarına etiraz şüarları yazıblar

Azərbaycanlı fəallar tərəfindən Ərdəbil şəhərinin divarlarına etiraz şüarları yazılıb. Onlar bu üsulla Ayıl adlı azərbaycanlı qıza doğum sənədi verməyən Səbt Əhval idarəsinə etiraz ediblər. Divarlarda əsasən “Ayıl”, “O, Ayıl qalacaq #Ayıl” və “Mən oyanmaqdan qorxmuram” kimi şüarlar yer alıb. Qeyd edək ki, azərbaycanlı musiqiçi, fəal Səccad Coulaninin övladının dünyaya gəlməsində 7 aya yaxın zaman keçib. Ancaq şəhərin İttilaat Baş İdarəsinin tapşırığı ilə Səbti Əhval qurumu kimlik vəsiqəsi verməkdən imtina edir. Bildirək ki, son günlərdə övladları üçün kimlik vəsiqəsi ala bilməyin azərbaycanlı ailələrin etirazları artıb. Onlar öz hüquqlarını tələb etmək məqsədilə bilgiləndirmə kəmpeyni başladıblar.

Related Articles

Bir cavab yazın

Back to top button