İran

Azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

Bu gün Culfa şəhərinin sakinləri, mədəni fəallar Səid Sultani və Babək Kyumərsiyə qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə toplantısı keçirilib. Təbriz şəhərinin Ümumi və İnqilab Dadsərasının 16-cı Bazpursi Şöbəsində keçirilən toplantıya qazi Musəvi başçılıq edib. Fəallar “nizama zidd qruplara üzvlük” və “təcziyətələb qruplara üzvlük” iddiası ilə ittiham ediliblər. Qeyd edək ki, Səid Sultani və Babək Kyumərsi mehr ayının 13-də Doğu Azərbaycanın Culfa vilayətində tutuqlanıblar. İran əmniyyət qüvvələri tərəfindən icazə sənədi göstərilmədən fəalların evlərinə baxış keçirilib. Onların şəxsi əşyalarını özləri ilə aparıblar. Məmurlar Babək Kyumərsini tutuqladıqları zamanı onun həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq ediblər və təhqiramiz ifadələr işlədiblər. Fəallar 2 ayadək Təbrizin İttilaat İdarəsinin Tutuqluları Saxlama Şöbəsində dindiriliblər. Babək Kyumərsi 1399-cu il azər ayının 11-də, Səid Sultani isə həmin tarixdən bir gün sonra şəhərin Mərkəzi Zindanının Qərəntinə Bəndinə köçürülüb. Fəallar 1399-cu il azər ayının 13-də araşdırma mərhələləri bitənə kimi hər biri 500 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button