Azərbaycan

Azərbaycanlı millət vəkili: “Cərimə ilə insanları cənnətə aparmaq olmaz”

Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Qulamrza Nuri Qızılca İran hökumətinin məcburi hicab qaydalarını tənqid edib.

Güneyli millət vəkili “Şərq” qəzetində verdiyi müsahibədə hicab qaydalarını riayət etməyənlərə qarşı cərimə cəzalarının tətbiq edilməsini yersiz sayıb.

O, bunu ticarət adlandırıb və bu vasitə ilə qadınları hicab qaydalarını riayət etməyə məcbur etməklə onları cənnətə aparmağın mümkün olmayacağını deyib.

“Bu şəkildə yanaşmalar insanda bunun səmimi şəkildə və islama görə edildiyi barədə şübhələr yaradır. Arada bu hərəkətlərin başqa bir mərkəzlərdən bilərəkdən və daha çox qarşıdurma yaratmaq üçün ortaya atıldığı fikri formalaşır”-deyə, Qulamrza Nuri Qızılca bildirib.

Ocanlı millət vəkili bir sıra fəaliyyətlərin, o cümlədən məcburi hicabla bağlı tətbiq edilən cəzaların heç bir məntiq və ağıla uyğun olmadığını söyləyib.

“Mən bir millət vəkili kimi buradan bildirirəm ki, bu hərəkətlərin islama heç bir aidiyyatı yoxdur. Bu yollarla islamı yüksəltmək, onu sevdirmək olmaz. Məsələlərə baxış və dünya görüşümüzün dəyişməsi vacibdir”-deyə, Nuri Qızılca hökumətin islam adı altında həyata keçirdiyi siyasətlərini tənqid edib.

O, bu tip siyasətlərin cəmiyyətdə parçalanma yaratdığını, özəlliklə gənclər və yeniyetmələrin normal təfəkkülərinin formalaşmasında mənfi təsir göstərdiyini və onları psixi baxımdan qeyri-müəyyənliyə yuvarlandıqlarını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button