Azərbaycanİran

Tehranda dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin açılışı olub: Nizami Gəncəvi fars şairi kimi təqdim olunub

Tehran Bələdiyyəsinin əməkdaşı Hüseyn Nəzəri:

“Bu gün Mədəniyyət və İslami İrşad Nazirliyindəki həmkarlarımızın iştirakı ilə biz dahi şair Nizami Gəncəvinin heykəlinin açılışının şahidi olduq və gələcəkdə İran mədəniyyətini dirçəltmək üçün şəhərin əsas meydanlarında daha çox böyük fars şairlərinin heykəllərini quraşdıracağıq”.

Qeyd edək ki, İranın Nizami Gəncəvini fars şairi kimi təqdim etməsi həmişə qalmaqala səbəb olub. Nizaminin əsərlərini farsca yazması o dövr üçün təbii hal olub, bu səbəbdən sadəcə əsərlərini farsca yazması Nizaminin fars şairi olmasını deməyə əsas vermir. Çünki o dövrdə Hindistandan Şərqi Avropaya qədər ərazilərdə yaşayan bütün şərq klassikləri öz əsərlərini fars dilində yazırdılar. Nizami özü deyir ki, “mənim əsərlərimi hara aparsanız, yenə də əsərlərimdəki faktlar deyəcək ki, bu Gəncənindir”. Bu da onun Gəncədə yaşayıb-yaratmasını və orada da vəfat etməsini sübut edir.

#NizamiGencevi

Related Articles

Bir cavab yazın

Back to top button