Azərbaycanİran

“Azərbaycanlıların iki əsas istəyi Urmu gölünün bərpası və ana dilidir”-Xiyavlı millət vəkili

Ərdəbil əyalətinin Xiyav şəhərinin İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə parlamentin açıq iclasında Urmu gölü və ana dili ilə bağlı çıxış edib.

Urmu gölünün qurudulmasına qarşı Güney Azərbaycanda baş qaldıran kütləvi etirazların ardından İran parlamentinin Ərdəbilin Xiyav (Meşkinşəhr) şəhərindən olan millət vəkili Mahmud Abbaszadə Meşkini Güney Azərbaycanın iki tələbinin olduğunu bildirib: “Bunlardan biri Azərbaycan dili mədəniyyəti kimi bir dəniz, digəri isə Urmu gölü ilə bağlıdır”.

“Azərbaycan ölkəmizin milli təhlükəsizliyinin təməlidir və Azərbaycanın bu iki əsas tələbinə məhəl qoymamaq baha başa gələr”,-deyə o vurğulayıb.

Onun sözlərinə görə, Vallah, əgər iradə, güc, inam olarsa, ölkəni bundan daha yaxşı idarə etmək mümkündür

Bu adam səmimi danışır, yoxsa şəxsi və öz mənafeini  axtarır, başqa məsələdir.

Ama!

Bu məsələ onu göstərir ki, Azərbaycanda bu iki tələb ciddi və dərindir.

Rejim başçısı bu iki tələbi bilir, lakin müstəmləkəçilik siyasətinə görə onları yerinə yetirməməkdə israrlıdır.

Azərbaycan öz tələblərinin reallaşmasını öz iradəsi və həlli yolları ilə axtarmağa borcludur.

Sistemli, davamlı, mütəşəkkil və müasir mübarizə bu işin əsas tələbidir.

Related Articles

Bir cavab yazın

Back to top button