Azərbaycan

Azadlığa buraxılmış güneyli fəal yenidən həbs edildi

Təbrizdə yaşayan yazıçı, mədəni fəal və "Traktor" klubunun azarkeşlərindən olan Əkbər Cahani mayın 19-da tutulub. O, "Traktor"-"Persepolis" komandalarının yarımçıq oyunundan sonra saxlanılıb.

Bir gün təcridxanada dindirilən Cahani mayın 20-də sərbəst buraxılıb. Onun yaxınları fəalın mayın 23-də yenidən həbs olunaraq naməlum yerə aparıldığını bildirirlər. Onlar Əkbər Cahaniyə qarşı ittihamların nədən ibarət olduğu və onun harada saxlandığı barədə dəqiq məlumat verilmədiyini deyirlər.

Xatırladaq ki, Cahani daha öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşib.

Related Articles

Bir cavab yazın

Back to top button