Bölgəİran

İsrail: Co Bayden SEPAH-ın adını terror qruplaşmaları siyahısında saxlayacaq

İsrailin baş naziri Naftali Bennet Twitter paylaşımında yazıb ki, Co Bayden aprelin 24-də onunla telefon danışığında Amerikanın SEPAH-ın adının terror təşkilatları siyahısında saxlanılacağını deyib.

“Bir ay öncə Bayden mənimlə telefon danışığı zamanı SEPAH-ın adının terror qruplaşmaları siyahısında saxlanması ilə bağlı qərarını mənə açıqladı. Bu qərara görə ona təşəkkür edirəm”,-deyə Bennet bildirib.

Xatırladaq ki, SEPAH Amerikanın keçmiş prezidenti Donalt Tramp hökuməti tərəfindən 2019-cu il aprelin 8-də terror qruplaşmaları siyahısına daxil edilib. Bir müddət əvvəl isə hazırkı prezident Co Baydenin SEPAH-ın adını terror təşkilatları siyahısından çıxarmaq istəməsi ilə bağlı bəzi xəbərlər yayılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button