Dünya

ON MİNLƏRLƏ İRANLI İSRAİLƏ KÖÇMƏK ÜÇÜN MÜRACİƏT ETMƏKDƏDİR

İsrail Xarici İşlər Vəzirliyinin yeni mətbuat dəftərinin müdiri Yonatan Gunn bildirib ki, İnstaqram səhifəsinin fars bölümündə minlərlə iranlı İsrailə köçmək üçün müraciət edib.
Nyu Yorkda çap edilən “Algminer” nəşrində çıxan bir məqaləyə görə, Yonatan Gunn, “hər gün biz İsraildən sığınacaq istəməklə bağlı on minlərlə şərh, şəxsi mesajlar və eləcə də məzmunun altına yazılan çox sayda şərh alırıq”, – deyə əlavə edib.
Onun sözlərinə görə, iranlıların köçmək istəyinin səbəbi İsrailin teknolojinin müxtəlif sahələrində qabaqcıl, azad və demokratik bir ölkə olmasıdır.
“Onlardan bəziləri də İran hakimiyyəti tərəfindən təqib olunurlar”, – deyə Gunn artırıb.
İsrail məqamı deyib ki, onlar ölkədən qaçmaq istəyirlər və İsrailin onlara kömək edə biləcəyinə inanırlar.
“Algminer”in yazdığına görə, İsrail Xarici İşlər Vəzirliyi bildirib ki, müraciətlərin sayı o qədər çoxdur ki, hamısını nəzərdən keçirmək mümkün deyil.

Related Articles

Bir cavab yazın

Back to top button