Dünya

Bəndərtürkmən-Aqqala yolunun əsaslı təmirə ehtiyacı var

Bu ilin ilk 9 ayında Türkmənsahrada yerləşən Bəndərtürkmən-Aqqala yolunda baş vermiş olaylarla bağlı araşdırmalar aparılıb. Belə ki, olaylar nəticəsində ümumilikdə 7 nəfər həyatını itirib. Məsələ ilə bağlı Gülüstan ustanının Trafik Polisinin Rəisi sərhəng Əli Əbdi bilgi verib. O bildirib ki, sözügedən ərazidə 9 ayda baş verən hadisələr zamanı 40 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin eyni dövründə isə yol hadisələri nəticəsində 16 nəfər dünyasını dəyişib, 73 nəfər isə yaralanıb. Olaylarla ilgili Gülüstan ustanının Yollar və Şəhərsalma İdarəsindən də açıqlama verilib. Məlumata görə, Bəndərtürkmən-Aqqala yolunun təmiri yönündə işlər davam etdirilir. Həmin ərazidə yerləşən Kürdköy-Bəndərtürkmən arasındakı 10 kilometrlik yolun təmiri işləri isə 1389-cu ildən aparılır. Yolun təmiri üçün hazırlanan tərhə ümumilikdə 200 milyard tümən büdcə ayrılmasına baxmayaraq, təmir işlərinə yalnız 20 milyard tümən vəsait xərclənib. Gülüstanın Yollar və Şəhərsalma İdarəsindən bildirilib ki, 1399-cu ildə bu yol üçün 10 milyard 200 milyon tümən büdcə nəzərdə tutulub.
Qeyd edək ki, Kürdköy-Bəndərtürkmən-Aqqala yolunun uzunluğu 54 kilometrdir. Gündəlik orta hesabla 9 500 maşının hərəkət etdiyi bu yol illərdir ki, istifadəyə yarasız vəziyyətdədir.

Related Articles

Bir cavab yazın

Back to top button