İran

Bəxtiyar Behnəmun həbs edilib

Güney azərbaycanlı milli fəallar Səhənd və Savaş Behnəmun qardaşlarının atası Bəxtiyar Behnəmun tutuqlanıb. Belə ki, Urmu şəhər sakini olan Bəxtiyar Behnəmun bu gün səhər saat 10:30 da əmniyyəti qüvvələr tərəfindən həbs edilib. Onun hara aparılması və ya hansı ittihamla tutuqlandığı ilə bağlı heç bir məlumat yoxdur.
Xatırladaq ki, Behnəmun qardaşları Qarabağa dəstək yürüşləri zamanı mehrin 10-da bir çox milli fəallarla birlikdə tutuqlanıblar. Bilgilərə görə, fəallar mehrin 11-i vəsiqə qarşılığında azadlığa buraxılıblar.
Qeyd edək ki, Quzey Azərbaycanın işğal edilmiş torpaqlarının azadlığı ilə bağlı əməliyyatlara başlanılıb. Bununla bağlı İranın Ermənistana göndərdiyi böyük həcmdə silah və mühümmat isə xalq arasında kütləvi etirazlara səbəb olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close