Azərbaycan

Bəzz qalasına illik yürüşlə bağlı fəallara zəng edilib.

Bəzz qalasına illik yürüşlə bağlı fəallara təhdid zəngləri edilib.

Bəzz qalasında illik keçirilən Babək qurultayına mane olmaq üçün İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölmələri onlarla fəala zəng edərək onlardan yürüşə qatılmamağı tələb edib.

Təhlükəsizlik məmurları milli-mədəni fəallaı illik qurultaya qatılacaqları təqdirdə həbs olunacaqları ilə hədələyiblər.

Güneyli sosial-media istifadəçilərinin paylaşımlarından onlarla fəala zəng edildiyi, təşkilaçılıqda şübhəli bilinənlərə dindirilmək üçün çağırış göndərildiyi bəlli olur.

Qeyd edək ki, bundan öncə Təbriz, Sulduz, Urmu, Ocan, Ərdəbil və başqa şəhərlərdə milli fəalların Bəzz qalasında Babək qurultayına çağırışla bağlı afişalar yaymasından sonra bir neçə nəfər təhlükəsizlik idarələrinə çağrılaraq dindirilib, bir neçə fəal isə heç bir ittiham irəli sürülmədən həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button