Dünya

BƏƏ-yə məxsus şirkətin İraqdakı ofisinə raket hücumu edildi: Hadisədə İrana bağlı yaraqlılar şübhəli bilinir

"Reuters" xəbər ajansı iyunun 22-də İraqın iki təhlükəsizlik mənbəsinə istinadən Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Dana Gas" şirkətinin İraqın Kərkük əyalətində yerləşən əsas qərargahına "Katyuşa raketi" atılması ilə bağlı məlumat yayıb.

Məlumata görə, raket zərbəsi nəticəsində dəyən ziyan tam olaraq müəyyənləşməyib və hələlik heç bir şəxs yaxud qruplaşma hücuma görə məsuliyyətini öz üzərinə götürməyib.

Qeyd edək ki, sözügedən şirkət ötən il 2001-ci ildə qaz müqaviləsinə əməl etməməsinə görə İranı Beynəlxalq Arbitraj Məhkəməsinə vermiş və məhkəmə İran neft şirkətini 607,5 milyon dollar cərimələmişdi.

Son bir neçə ildə, özəlliklə İranın nüvə fəaliyyətləri ilə bağlı gərginyin artmasından sonra İraqın bəzi bölgələri ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da dron və raketlərlə hədəf alınıb. Bu hücumlar isə İranın dəstəklədiyi proksi qruplaşmaların ilə əlaqələndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button