İran

Bəhreyn rəsmisi: “İrana qarşı İsraillə birləşmişik”

Bəhreynin Ticarət, Sənaye və Turizm vəziri Zayed Al-Ziyani ölkəsinin İran təhdidinə qarşı İsraillə birləşdiyini söyləyib. “İranın təhdidlərinə qarşı və insanlıq dəyərlərini əsas tutaraq İsraillə bir sırada yer alırıq”, – deyən Bəhreyn rəsmisi məsələ ilə bağlı İsrailin Kanal-11 televiziyasına müsahibə verib.
Zayed Al-Ziyani bildirib ki, əmniyyət məsələləri ilə birlikdə, bütün mövzularda Mənamə dövlətinin dost ölkələrlə həmahəngliyini və həmkarlığını önəmli hesab edir. Qeyd edək ki, Bəhreynin Ticarət, Sənaye və Turizm vəziri və onu dəstəkləyən tim desambrın 1-də İsrailə rəsmi səfər edib.
Xatırladaq ki, İsrail və Bəhreyn septambrın 15-də Vaşinqtonda ilgilərin normallaşması ilə bağlı anlaşması imzalayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button