İqtisadiyyat

Türkiyə İrandan qaz idxalını azaldıb

Türkiyə ötən 9 ayda İrandan qaz varidatını yüzdə 30 azaldıb. Bununla bağlı
Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsi bilgi yayıb. Məlumata görə, Türkiyə sözügedən müddət ərzində İrandan 3.6 milyard mükəəb-metr qaz varid edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 30 azalma deməkdir.
Xatırladaq ki, ötən mars ayının sonunda İrandan qazın ötürülməsi xəttinin Türkiyə ərazisində olan hissəsi PKK terror qrupu tərəfindən partladılıb. Boru xəttinin təmirini 3 ay təxirə salınıb. Bu da iki ölkə arasında qaz varidatının azalmasına səbəb olub.
Bundan başqa, Türkiyə septambrda ötən ilin həmin ayı ilə müqayisədə İrandan yüzdə 20 daha az qaz varid edib. Razılaşmaya əsasən, Türkiyə İrandan illik 10 milyard mükəəb-metr qaz almalıdır. Ancaq bu göstərici 2020-ci il üzrə kifayət qədər aşağı olub.
Türkiyə Rusiyadan da qaz alışını kəskin azaldıb. Belə ki, bu ilin ilk 9 ayında bu ölkə Rusiyadan ancaq 8.7 milyard mükəəb-metr qaz alıb. Bu göstərici ötən ilə nisbətdə yüzdə 25 azalma olduğunu göstərir. Türkiyə Azərbaycan Cümhuriyyətindən qaz alışını isə yüzdə 22 artıraraq 8.3 milyard mükəəb-metrə yüksəldib. Türkiyə, habelə maye NLG qazının Amerikadan varidatını da kəskin azaldıb.

Related Articles

Bir cavab yazın

Back to top button