İran

“Bəsic” üzvünün ölümündə müəmma

Mayın 23-də İranın Sistan-Bəluçistan əyalətinin Qəsrqənd şəhərinin Təvəkkül kəndində İranın yarımhərbi könüllülərdən ibarət “Bəsic” qüvvələrinin üzvü güllələnərək öldürülüb.

35 yaşlı Hamid Rəisinin naməlum silahlı şəxslər tərəfindən öldürüldüyü bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, Rəisi ilə rəhbərlik arasında narazılıq varmış.

Uzun müddət öncə yazılı müraciətinə baxmayaraq “Bəsic” rəhbərliyi onun istefasını qəbul etməyib. Buna görə də o, qərargaha davamlı getməkdən imtina edib.

Ehtimala görə,  Hamid Rəisi “Bəsic”in narazı əhaliyə qarşı qəddar münasibətinə etiraz etdiyi üçün hakimiyyət tərəfindən öldürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button