Azərbaycan

“Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır”-Kəleybər prokuroru

İran hökuməti Bəzz qalasında keçirilən illik Babək qurultayının qarşısını almaq üçün bəhanələr irəli sürür.

Kəleybər şəhərinin prokuroru Cavad Haqverdipur millətçilərin Babək qalasının və Kəleybər şəhərinin turizm iqtisadiyyatına ziyan vurduqlarını iddia edir.

“Özünü mədəni fəal adlandıran və konstitusiyaya qarşı çıxan  azsaylı etnosentrik insanlar hər il şəhəri siyasiləşdirərək insanların turizm sənayesindən faydalanma fürsətlərini məhv edirlər”-deyə, Cavad Haqverdipur bildirib.

O, vətəndaşlara müraciət edib və onları millətçi şəxslərin qarşısını almağa çağırıb.

Öncəki illərdə olan təcrübəyə əsasən Cavad Haqverdipurun bu müraciətinin Babək qurultayı zamanı qalaya çox sayda mülki geyimli məmurun “vətəndaş” adı altında gətiriləcəyindən xəbər verir.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button