İran

Bağmeşə təpələrində yanğın olub

Təbrizin Bağmeşə şəhrəkinin Ətləs Meydanı təpələrində yanğın olub. Bu barədə Şərqi Azərbaycan Ustandarisinin Böhranı İdarə etmə baş müdiri Məhəmmədbağır Hünərbər murdad ayının 8-də məlumat verib.
“Vəlipur Meydanına sarı Ətləs Meydanı təpələrinin otlaqlarında yanğın olub. Bir müddət sonra yanğın söndürülüb. Bu təpələrdə bir müddət əvvəl isə sürüşmə olub” deyə,o bildirib. Hünərbərin sözlərinə görə, Təbrizin Axmaqaya məhləsində yerləşən bir lastik anbarında da yanğın olub. Bu yanğın da tamamilə söndürülüb. Yanğınsöndürənlər tüstülənən yerlərə baxış keçirib. Həmin yanğınların yetirdiyi xəsarətlərlə bağlı mütəxəssis araşdırmasından sonra məlumat veriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button