Azərbaycan

BAKI: NATO İLƏ HƏMKARLIĞI DAVAM ETDİRƏCƏYİK

Azərbaycan Xarici İşlər Vəzirliyi bazar ertəsi ölkəsinin NATO ilə həmkarlığı davam etdirəcəyini açıqlayıb.

Azərbaycan Xarici İşlər Vəzirliyi bazar ertəsi ölkəsinin NATO ilə həmkarlığı davam etdirəcəyini açıqlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı tvitdə Bakının NATO ilə həmkarlığı davam etdirmək əzmində olduğunu bildirib.Vurğulanıb ki, Azərbaycan 1994-cü ildən qurumun Sülh və Həmkarlıq Bərnaməsinə qoşularaq qarşılıqlı, faydalı və güclü tərəfdaşlıq qurub.
“Sülh üçün tərəfdaşlıq” bərnaməsi NATO ilə həmkarlıq, ölkənin nizami qüvvələrinin standartlara uyğun təlim keçməsi və Azərbaycan qüvvələrinin NATO təlimlərinə qatılmasını nəzərdə tutur. Ancaq NATO ilə həmkarlıq illəri Azərbaycan üçün, xüsusən də Dağlıq Qarabağa görə Ermənistanla münaqişənin həllində əhəmiyyətli nailiyyətə səbəb olmayıb.Eyni zamanda, Bakı bu yaxınlarda Rusiya silahları almaq niyyətində olduğunu da açıqlayıb.
Son günlərdə bilgili mənbələr Azərbaycanın öz hava qüvvələrini Rusiya məhsulu olan dördüncü nəsil müasir Plus döyüş uçaqları ilə təchiz etmək təsmimi barədə məlumat veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button