AzərbaycanCəmiyyət

Bakıda qayda pozan polis digər sürücülərə təhlükə yaradıb – VIDEO

Bakı şəhəri, Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib.

Aznews.tv-nin Birincitv.az-a istinadən verdiyi məlumata əsasən, 99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir.

Bu zaman qarşıdan gələn yük maşını, həmçinin digər avtomobillər üçün təhlükə yaradır.

Ekspertlər deyir ki, yol polisinin bəzi hallarda qaydaları pozmasına icazə verilir, amma sayrışan işıqları və səs siqnalı işlək vəziyyətdə olan zaman üstünlüyə malikdir.

Videoda qayda pozan Yol Patrul Xidməti (YPX) avtomobilinin sayrışan işıqları və səs siqnalı isə yanmır.

https://youtu.be/kwi0Dy6oq8U

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button