AzərbaycanCəmiyyətİqtisadiyyat

Azərbaycanda minimum aylıq əməkhaqqıları artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Aznews.tv-nin Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir”.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button