Azərbaycan

Bakıda Rəşad Atakişiyevlə vida mərasimi keçirilir

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu, polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Aznews.tv xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.

Qeyd edək ki, təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button