Azərbaycanİran

Təbrizə içməli suyun verilişi dayandırılıb

Təbrizin bir neçə məhəlləsində günlərdir içməli su yoxdur. Bu barədə paylaşım edən sosial media istifadəçiləri içməli suyu mağazalardan və kənardan su gətirən tankerlərdən aldıqlarını yazıblar.

Onların bildirdiyinə görə, şəhərin Yusufabad, Abbasi, Bağmeşə və başqa bir neçə məhəlləsində içməli suyun veriləcəyi ilə bağlı yerli məsulların vədləri yalan çıxıb.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı, başqa bölgələrdə də su qıtlığı yaranıb. Hazırda Şərqi Azərbaycan əyalətinin ümumilikdə 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb.

Related Articles

Bir cavab yazın

Back to top button