Azərbaycan

Bakının rayonlarının ləğvi təklif olundu

“Bu, 30 il gecikmiş dəyişiklikdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Gəncə şəhərinin rayonlarının ləğvi haqqında təkliflərə münasibət bildirən deputat Fazil Mustafa deyib. O qeyd edib ki, eyni dəyişiklik Bakının rayonlarında da həyata keçirilməlidir:

“Bütün respublika ilə bərabər bunu etmək lazımdır. Məsələn, Sumqayıtda şəhər icra hakimiyyəti, bələdiyyələr və qəsəbələr var. Onları şəhərə qatmaq lazımdır.

İdarəetməni nə qədər tez sadələşdirsək, əhali üçün o qədər yaxşı olar. İqtisadi əsaslar üzərində rayonların idarə olunması daha faydalı olardı. Kiçik rayonlar sistemindən çıxmalıyıq”.

Related Articles

Bir cavab yazın

Back to top button