Azərbaycanİran

Balamız fars şovinizminə qarşı mübarizəsinə körpəlikdən başlayıb

İran hökumətinin qeyri-fars millətlərə qarşı ayrı-seçkilik siyasəti, o cümlədən Güney Azərbaycanda yeni doğulan uşaqlara türk adlarının qoyulmasının qadağan edilməsi ilə bağlı daha bir fakt üzə çıxıb.

Söhbət Şərqi Azərbaycan vilayətində dünyaya gələn Selin adlı körpədən gedir. Uşaq şəhadətnamədən məhrum edilib. Buna səbəb Selin adının türk mənşəli olmasıdır.

Selinin atası Sabir Əhani Təbriz şəhəri Qeydiyyat İdarəsinə etdiyi yazılı şikayətin şəklini çəkərək şəxsi İnstagram səhifəsində paylaşıb.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

Related Articles

Bir cavab yazın

Back to top button