İran

Banklar Həmədandakı iş yerlərinin qəbzlərini geri qaytarıb

Həmədandakı yüzdə 80-dən çox iş yerinin çekləri hesablarında pul olmadığına görə banklar tərəfindən Bərgəşt edilib. Bu barədə Həmədan Əyalətinin Əsnaf Otağının dəbiri Əhməd Qazrani bildirib. Korona Sitadının iş alanlarına məhdudiyyət tətbiq etməsinə baxmayaraq, bu müddət ərzində idarə və banklar bəlli cədvəl üzrə fəaliyyətlərini davam etdiriblər. Nəticədə iş yerlərinin banklara yazmış olduğu çeklər bərgəşt yeyib.
Vurğulayaq ki, əyalətdə 35 min iş yeri var və iş sahiblərinin yüzdə 50-si müstəcirdir. Koronavirusla mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərlə ilgili olaraq bir sıra müəssisələrin icarə haqları ödənilməyib. Müəssisə sahibləri isə bu durumdan şikayətçidirlər.

Related Articles

Bir cavab yazın

Back to top button