Azərbaycanİdman

“Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm”-Ərtoğrul Sağlam

Təbrizin “Traxtur” futbol klubunun türkiyəli baş məşqçisi Ərtoğrul Sağlam mediaya verdiyi açıqlamada Ərəbistan və Qətərdən təkliflər almasına baxmayaraq Təbrizdə qalmaq, Traxturu çempion görmək istədiyini deyib.

O, “Traxtur”u çempion görmək istədiyini deyib.

“”Traxtur” tərəfdarları üçün adi futbol komandasından ötədir. Onlar “Traxtur”la nəfəs alır, onunla yaşayırlar”-deyə, Sağlam bildirib.

Tanınmış mütəxəssi Türkiyənin “Spor” qəzetinə verdiyi müsahibədə bu barədə danışıb.

““Traxtur” komandası ilə işləmək mənim üçün olduqca maraqlıdır.

Komandada hakim aura, inanılmaz tərəfdar dəstəyi çox möhtəşəmdir. Mən özümü buranın, bunların bir parçası kimi hisss edirəm və klub rəhbərliyinin hər şeyi “Traxtur”un çempionluğu üçün səfərbər edəcəyi halda işimi davam etdirmək istəyirəm”-deyə, Ərtoğrul Sağlam Təbrizdən getmək istəmədiyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button