İran

Batı Azərbaycanda korona mərizlərinin sayında rekord qırıldı

Batı Azərbaycan əyalətinin Tibb Elmləri danişgahının rəisi əyalətdə koronavirusun yayılmasına görə böhranlı durumla bağlı uyararaq deyib: Son 24 saatda koronavirusun beşinci dalğası çərçivəsində mərizxanaya yerləşdirilənlərin sayında rekord qırılıb.

Cavad Ağazadə açıqlamasında əyalətdə koronavirusla bağlı son duruma toxunaraq bildirib: hazırda əyalət şəhərlərinin bir çoxunda virusun “qırmızı” durumu hökm sürür və bu arada Urmu, Xoy və Çaypara şəhərləri koronavirus üzrə “qara” durumdadır.

O artırıb: “Beşinci dağla çərçivəsində son 24 saatda koronavirusdan mərizxanaya yerləşdirilənlərin sayında rekord qırılıb və əyalət üzrə 1.520 nəfər mərizxanaya yerləşdirilib”.

Ağazadənin sözlərinə görə, indi əyalət mərizxanalarda yerlər dolub və durumu ağır olmayan mərizlər doktora müraciət edib və ev şəraitində sağala bilərlər.

Tibb Elmləri Universitetinin rəisi habelə qeyd edib: “Ötən son bir gündə 1626 nəfər koronavirusa yoluxub və 358 məriz əyalətin tibb mərkəzlərinə yerləşdirilib”.

Related Articles

Bir cavab yazın

Back to top button