İran

Batı Azərbaycanda koronavirusa görə qırmızı durumda olan şəhərlərin sayı artıb

“Sağlıq vəzirliyinin açıqlamasına görə, indi əyalətin dörd şəhəri koronavirusa görə qırmızı durumdadır. Onlardan ikisi keçən həftədən qırmızı duruma keçib”. Bunu Batı Azərbaycan əyaləti başçısının siyasi, əmniyəti və ictimai işlər üzrə yardımçısı açıqlayıb. Əli Mustəfəvinin sözlərinə görə, Batı Azərbaycanın güneyindəki Üşnu, Xana, Bəykəndi və Sarıdaş şəhərlərində koronanın qırmızı durumu hakimdir. “Habelə, son hesablamalara görə, Batı Azərbaycanın quzeyindəki Urmu, Xoy, Salmas, Makı şəhərləri və əyalətin güneyindəki Sulduz, Tikantəpə, Qoşaçay, Soyuqbulaq və Sayınqala şəhərləri narıncı durumdadır”.-deyə o diqqətə çatdırıb. Onun sözlərinə görə, bununla yanaşı, əyalətin quzeyindəki Ərəblər, Çaypara, Şot və Çaldıran şəhərlərində isə korona sarı durumdadır.  Ümid edirik, yaxın günlərdə və həftələrdə yaxşılaşacaq.

Related Articles

Bir cavab yazın

Back to top button