İranSağlıq & Yaşam

Batı Azərbaycanda koronavirusdan ölənlərin sayında rekord qeydə alınıb

Batı Azərbaycan əyalətində son 24 saatda 41 nəfər Covid-19-dan vəfat edib.

“İRNA” ajansı xəbər verir ki, bu haqda bildirən Qərbi Azərbaycan Tibb Elmləri Bilimyurdunun rəisi doktor Cavad Ağazədə bu rəqəmin ötən ilin payızından sonra qeydə alınan ən yüksək göstərici olduğunu deyib.

Onun sözlərinə görə, bununla da koronavirusun ölkədə yayılmasından sonra Batı Azərbaycanda bu mərizlikdən ölənlərin sayı 5555 nəfərə yüksəlib.

Bundan başqa, son bir gün içində daha 1487 nəfər sözügedən virusa yoluxub və onlardan durumu ağır olan 400 nəfər mərizxanaya yerləşdirilib.

Bildirək ki, İran hökumətinin milli ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycan bölgələrində mərizxanaların bir çoxunun lazımı imkanları olmaması və ya köhnə olması eləcə də başqa bu kimi səbəblərdən bölgədə koronavirusdan ölənlərin sayı getdikcə çoxalır.

Related Articles

Bir cavab yazın

Back to top button