İran

Batı Azərbaycanın şəhərlər arası yollarında işıqlandırma yoxdur

Batı Azərbaycanın şəhərlər arası yollarının çoxunda gecə işıqlandırma yoxdur və sürücülər ilə müsafirlərin sözünə görə, quzey-güney yollarında, eləcə Əyalətin mərkəzində gecə qaranlıq vaxtı işqılandırma olmadığına görə hadisə törənir.

yollar gecə vaxtı işıqlı olmadığına görə təhlükəlidir. Yolların qırağında elektrik dirəyi olsa da, xarab və sönükdürlər. Bu mövzu dəfələrlə məsullara çatdırılsa da kimsə bunu həll etməyə çalışmır. Əyalətin təhlükəli Quşçu gədiyi, Urmunun çox tıxaclı məsiri olan şəhərlərarası Çiçest və İmamzada yollarının başlanğıcında illərdir ki, işıqlandırma yoxdur. Əhali qaranlıqdan əziyyət çəkir. Xoy Vilayətindən Ərəb Çölü Vilayəti Daş Makıyadək yol qırağı işqılandırma təmin olunmur və yolların çox azında işıq dirəyi var.Habelə Urmu-Qoşaçay, Urmu-Təbriz və Urmu-Sulduz yollarında da elektrik təmini yoxdur.

Batı Azərbaycanın Yol və Daşıma Baş İdarəsinin müdiri Ərsəlan Şükri bu barədə deyir: “baş idarənin vəzifəsi şəhərlərarası yolların ancaq kəsişməsində bərqin təmin etməsidir. Əyalətin yollarından indi 147 kilometrində işıqlandırma var. Ötən aydan yeni peymankar gətirilib və yollarda işqılandırma çatmazlığını və qüsurlarını qaldırır.”.

Related Articles

Bir cavab yazın

Back to top button