İran

Təbrizdə Ana dilimizdə kitablar paylanılıb

Təbrizdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylanılıb

Şəhrivərin 18-də bir qrup mədəni fəal Təbrizdə uşaqlara türk dilinin Azərbaycan türkcəsində kitablar paylayıblar.

Uşaq kitablarının üzərində “Yaşasın Azərbaycan, Yaşasın Türkiyə, Qarabağ Azərbaycandır” sözləri yazılıb.

Bu simvolik addım eyni halda Antalyanın Akdeniz Bilimyurdundan hüquq üzrə doktorası eləcə də toqif olunmuş “Açıq söz” dərgisinin baş müdiri güneyli Əli Həmzəzadənin Güney Azərbaycanda ana dili və mədəni hüquqlara diqqət çəkmək üçün başlatdığı çarxsürmə yürüşünə dəstək məqsədi daşıyır.

Bildirək ki, Əli Həmzəzadə juiyənin 21-də “özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru çarxsürməyə başlayıb.

Güney Azərbaycanın Əhər şəhərindən olan gənc çarxçı yürüş boyu Azərbaycanın, Türkiyənin və “Tiraxtur” baaşqahının bayraqlarını daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button