İran

Batı Azərbaycanın yollarının durumu dözüləsi deyil

Urmu şəhərinin Məclisdə nümayəndəsi Hüccət Ül İslam Seyid Salman Zaker deyib: “Əyalətin məkanını və Avropaya tranzit yolunda olduğunu nəzərə alaraq, Əyalətin şəhər içi, şəhər dışı və kənd yollarının durumu dözüləsi və münasib deyil”.
Batı Azərbaycanın Nümayəndələri Məcməinin rəisi habelə vurğulayıb: “Əyalətdə 5 mərz girişinin və onlar ölkənin Avropaya sadirat və varidatının başlıca keçid yolu olduğu bir halda, yol əmniyyəti və münasib yolun olması baxımdan ölkə üzrə ortalama həddən yüzdə 10 aşağıdır.”
Seyid Salman Zaker eləcə deyib: “Əyalətdə yollar təhlükəsiz və satandart olarsa onun inkişaf göstəricisi hesab olunur. Amma Əyalətin məkanını və bir neçə ölkə ilə ortaq mərzi olduğunu nəzərə alaraq, Əyalətdə hələ də bir ana yol və otoban yoxdur. Batı Azərbaycan Əyaləti, Ölkə üzrə Satndart yolları olması baxımdan 25-ci yerdə dayanır. Bu isə əsla uyğun göstərici deyil. Əyalətin iqtisadi gəlişməsi və təhlükəsiz yolların olması baxımdan ölkə üzrə ortalama həddə çatması üçün Əyalətin yollarına çarə qılınmalıdır.”

Related Articles

Bir cavab yazın

Back to top button