Azərbaycan

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik siyasəti nəticəsində Məşrutə hərəkatının qəhrəmanı və Səttarxanın silahdaşı Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib.

Tarixi evin bərpası ilə bağlı uzun müddətdir davam edən müraciətlər cavabsız qalıb və bununla əlaqədar verilən vədlər də yerinə yetirilməyib.

Təbrizin Xiyaban məhəlləsində yerləşən tarixi ev bir il əvvəl tarixi abidələr siyahısına salınsa da, binanın bərpası ilə bağlı bir iş görülmür.

Hazırda yarı dağılmış halda olan ev narkomanların sığınacağına çevrilib.

2020-ci il oktyabrın 3-də Təbriz Şəhər Şurasının Mədəniyyət Komisiyasının sədri Şəkur Əkbərnejad Baqir xanın evinin bərpa olunacağı ilə bağlı vəd vermişdi. Həmçinin Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi Əhməd Həmzəzadə də Baqir xanın evinin bərpa olunacağını bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button