Dünya

Bayden çağırış etdi: “İrana səfər etməyin”

Amerika prezidenti Co Bayden ölkə vətəndaşlarına çağırış edərək onlara İrana səfər etməməyi tövsiyə edib.

ABŞ-İran arasında məhbus mübadiləsini şərh edərkən bu barədə danışan Bayden İrana səfər etməyin təhlükəli olduğunu söyləyib.

“Vətəndaşlarımızın Amerikaya geri dönmələrini alqışlayarkən bir daha bildirirəm ki, İrana səfər etmək risklidir, Amerika pasportu olanlar oraya getməməlidir”,- prezident vurulayıb.

İrana səfər etməyin qorxulu olduğunu deyən Bayden, bu ölkəyə gedənlərin oğurlanma və əsassız həbslə üzləşəcəkləri barədə xəbərdarlıq edib.

“Amerika vətəndaşları həbs olunduqları təqdirdə azadlıqlarının təmin ediləcəyini gözləməməlidirlər”,- o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button