“Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi.
Aydınlaşdrımaq üçün deyim: Çinə qarşı rəqabətdə qalib gəlmək hamımızı bir araya gətirməlidir. Çünki dünyada ciddi çağırışlarla qarşılaşırıq”-deyə, o bildirib.
O əlavə edib ki, milli infrastruktur layihələrinin həyata keçirilməsində yalnız ABŞ-da istehsal olunan materiallardan istifadə olunacaq.
“Bu gün mən federal infrastruktur layihələrində istifadə olunan materiallar üçün yeni standartları elan edirəm. Hamısı Amerikada hazırlanmalıdır.
Taxta, şüşə, alçıpan, fiber optik kabellər, hər şey amerikanın olacaq. Mənim prezidentliyim müddətində yollar, körpülər və magistral yollar Amerika materiallarından hazırlanacaq”. (report)