Dünya

Bayden Çinlə hərbi əməkdaşlığı bərpa etmək niyyətindədir

ABŞ prezidenti Cozef Bayden yaxın vaxtlarda Çinlə hərbi əməkdaşlığı bərpa etmək niyyətindədir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Çinlə hərbi əlaqələri yeniləməkdə qərarlıdır, çünki bunun ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun olduğuna inanır:

“Səhv hesablamalar və anlaşılmazlıqlar olmasın deyə, bu rabitə xətlərinə ehtiyacımız var. Çinlilər bu kommunikasiyanı böyük ölçüdə kəsiblər. Prezident Bayden onları bərpa etmək istəyir.

Hesab edirəm ki, bu, gündəmin əsas məsələsidir”-CeykSallivan bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button