Dünyaİran

“Bayden hökuməti İranla bağlı başqa variantları nəzərdən keçirir”-Ağ Evdən xəbərdarlıq

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi sentyabrın 6-ı mətbuat konfransında Tehran rəsmilərinə xəbərdarlıq edib.

“Prezident bunu açıq şəkildə ifadə etdi. Administrasiyasının üzvlərindən İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün başqa variantları araşdırmağı xahiş etdi, çünki biz bilirik ki, Yaxın Şərqdə nüvə silahına malik İran olduğu halda heç bir problem olmayacaq.

Hətta nüvə silahına malik İran bu ölkədən qaynaqlana biləcək bütün problemlərin həllini xeyli çətinləşdirəcək”-deyə, Con Kirbi bildirib.

Kirbi bir daha vurğulayıb ki, prezident Co Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq öhdəliyi ilə bağlı heç nə dəyişməyib.

O, İranın Avropa Birliyinin təklif etdiyi layihəyə cavabından sonra Tehran və Vaşinqton arasında hələ də boşluqların olduğunu, Amerika diplomatların məsələ üzərində işlməsinə baxmayaraq, bu ölkənin nüvə sazişinin əldə edilməsinə dair öhdəliyinə bağlılığının zəiflədiyini vurğulayıb.

Amerika rəsmisi İsrailin baş nazirinin İranın nüvə proqramına qarşı bir tərəfli addım atacağı ilə bağlı xəbərdarlığına da münasibət bildirib və Amerikanın hər zaman İsrailin ən güclü dəstəkçisi olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button