Bölgəİran

İrana qarşı güc nümayişində İsrail təyyarələri körfəzdə Amerika bombardmançılarını müşayiət edib

Amerika ordusu Yaxın Şərq üzərində nüvə silahı daşıya bilən iki uzaqmənzilli B-52 bombardmançı təyyarəsini uçurub. Küveyt və Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri sözügedən bombardmançıları təlim missiyasında müşayiət ediblər.

“Associated Press” xəbər ajansı sentyabrın 5-də Amerika ordusuna istinadən xəbər verib ki, bu ölkəyə məxsus iki uzaqmənzilli bombardmançı təyyarə Yaxın Şərq üzərində uçuş həyata keçirib. Bu, Amerika bombardmançılarının Yaxın Şərq üzərində ilk uçuşu deyil.

Amerika Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti Aleks Qrinkoviç bu barədə deyib: “Amerikaya və tərəfdaşlarımıza qarşı təhdidlər cavabsız qalmayacaq”. Amerika Ordusunun Mərkəzi Komandanlığı İranın adını çəkməsə də, bu güc nümayişi Vaşinqtonla Tehran arasında gərginliyin hələ də yüksək olduğu bir vaxtda baş verir.

https://bit.ly/3ATl5DS

Related Articles

Bir cavab yazın

Back to top button