Dünyaİran

Bayden: “İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirilib”

Amerika Silahlı Qüvvələrinin fevriyənin 26-da Suriyada hava zərbəsi endirdiyi iranyönlü qruplar Amerikanın bölgədəki nizami qulluqçularına hücum etməyi planlaşdırırlar. Bu barədə Amerika prezidenti Cozef Baydenin ölkə Konqrəsinə göndərdiyi bildiriş mətnində deyilir. Sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb. Amerika prezidenti Suriyanın doğusunda İranın dəstəklədiyi silahlılar tərəfindən istifadə olunan altquruluşa zərbənin onun göstərişi ilə endirildiyini bildirib. Siyasətçi qeyd edib ki, bu “qeyri-dövlət qruplar” İraqdakı Amerika ordusuna və etilaflara hücumlarda iştirak ediblər. Bu qruplar gələcəkdə də oxşar hücumların davamlı planlaşdırılmasında iştirak edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button